Danimarka baş naziri hücuma məruz qaldı

8 İyun 2024 00:34

Danimarka Baş naziri Mette Frederiksen naməlum şəxsin hücumuna məruz qalıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, hadisə paytaxt Kopenhagendə Köhnə şəhərin Kyultovre meydanında baş verib.

Belə ki, naməlum şəxs baş nazirə yaxınlaşıb və ona zərbə endirib.

Rəsmi məlumata görə, Frederiksən baş verən hadisədən şoka düşüb və olayla bağlı hər hansı açıqlama verməyib.

Hücum edən şəxs polis tərəfindən yaxalanıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun