Robert Pattinson gizlicə evlənib

8 İyun 2024 00:27

"Alatoranlıq" filmi ilə məşhurlaşan Robert Pattinson gizlicə ailə qurub.

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, bu barədə "In Touch Weekly" jurnalına aktyor yaxın mənbələrdən biri bildirib. 

Onun sözlərinə görə Robert nişanlısı Suki Uoterhausla bir neçə əvvəl nikah masasına oturub.

Cütlüyün toyunda yalnız yaxın adamları iştirak edib.

Qeyd edək ki, 2018-ci ildən münasibətdə olan Robert və Sukinin bir övladı var.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun