Rusiyada səfərbərlik olacaqmı? - Putin

8 İyun 2024 00:11

Rusiyada səfərbərliyə ehtiyac yoxdur.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.

"Biz düşməni nəzarətimizə verilməli olan ərazilərdən sıxışdırırıq. Bu mənada bizim səfərbər olmağa ehtiyacımız yoxdur. Biz bunu planlaşdırmırıq", - Putin qeyd edib.

O əlavə edib ki, 2024-cü ildə 160 min insan "xüsusi hərbi əməliyyat" üçün müqavilə imzalayıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun