Ukrayna Silahlı Qüvvələri Xersona zərbələr endirib, 19 nəfər ölüb

7 İyun 2024 23:15

Ukrayna Silahlı Qüvvələrinin Xerson vilayətinin Sadovoye kəndində mağazanı atəşə tutması nəticəsində 19 nəfər ölüb, 5 nəfər yaralanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri mağazaya iki dəfə zərbələr endirib.

Birinci zərbə zamanı zərərçəkən olmayıb.

Sakinlər dağıntıları toplamağa gəldikdə ikinci zərbə endirilib.

Nəticədə xeyli itki olub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun