Bu il Azərbaycanda bağlanan əmək müqavilələrinin sayı məlum olub

7 İyun 2024 21:47

5 ildən çox bir müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub.

Bu barədə Milli.Az-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, Xidmət tərəfindən iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun "ağardılması" və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin nəticəsi olaraq, bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 452.692 vahid artıb və 2024-cü il iyun ayının 1-nə 1.854.607 olub.

Qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 410.704 vahid artaraq 950.626 təşkil edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun