Niyə kişilərin 50%-i 65 yaşına çatmamış ölür? - Millət vəkili

7 İyun 2024 20:48

Hökumət araşdırma aparıbmı ki, niyə ölkəmizdə kişilərin 49.8%-i 65 yaşına çatmamış ölür? Niyə ürək-damar xəstəliklərindən ölənlərin sayına görə Tacikistanla birlikdə dünya lideriyik?

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev deyib.

"Bunlar yalnız səhiyyənin səviyyəsinə bağlı məsələ deyil. Əsl səbəb orqanik qida məhsullarının əlçatmaz olması, keyfiyyətsiz qida, stressli həyat, idman zallarına getməyə, mənəvi təlabatı ödəməyə vəsaitin çatmamasıdır", - o bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun