Makronun açıqlamaları təxribat xarakteri daşıyır - Peskov

7 İyun 2024 20:36

Moskva Fransa prezidenti Emmanuel Makronun açıqlamalarının təxribat xarakterli hesab edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Makronun Fransanın Ukraynada hərbi münaqişədə iştirak etməyə hazır olduğuna dair açıqlamasına münasibət bildirərkən deyib.

"Fransanın NATO-nun, Avropa İttifaqının üzvü olduğunu nəzərə aldıqda bu açıqlamaları olduqca təxribat xarakterli hesab edirik. Bu cür açıqlamalar qitədə gərginliyi artırır və müsbət nəticələrə səbəb olmayacaq ", - Kreml nümayəndəsi deyib.

Qeyd edək ki, bu yaxınlarda Fransa prezidenti Emmanuel Makron Fransanın Ukraynada hərbi münaqişədə birbaşa iştirak etməyə hazır olduğunu bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun