Türkiyədə avtomobil aşdı - 4 hərbçi yaralandı

7 İyun 2024 19:30

Türkiyədə Van-Hakkari magistral yolunun Kurubaş hissəsində avtomobilin aşması nəticəsində dörd hərbçi yaralanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, məlumatı "Hurriyet" yayıb.

Bildirilib ki, sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil aşıb.

Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadası cəlb edilib. Yaralı hərbçilər hospitala yerləşdirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun