Əli Əsədov Zorlu Töre ilə görüşüb - FOTO

7 İyun 2024 18:37

İyunun 7-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töre ilə görüşüb.

Milli.Az xəbər verir ki, görüşdə TÜRKPA-nın Bakıda keçirilən 13-cü plenar iclasının əhəmiyyəti vurğulandı.

Türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələrinin möhkəmləndirilməsi və genişləndirilməsində Türk Dövlətləri Təşkilatının rolu xüsusi qeyd edilib.

Görüşdə Azərbaycan Respublikası ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Milli.Az