Bəhram Bağırzadə bu paylaşımına görə tənqid edildi - VİDEO

7 İyun 2024 21:17

Əməkdar artist Bəhram Bağırzadə yayımladığı videoya görə tənqid edilib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyor şəhərdə skuter sürən oğlanla qızın videosunu çəkib. Həmin videonu instaqramda yerləşdirən Bağırzadə qınanılıb. 

Sosial şəbəkə istifadəçiləri görüntünün silinməsini istəyiblər. Bir çoxları isə bunun nə səbəbə çəkilib yayımlandığı ilə bağlı sual ünvanlayıb. 

Skuteri sürən şəxs isə aktyora "Video nə səbəbə çəkilib bilmirəm, amma silinsə yaxşıdır. Videodakı oğlan mən və yoldaşımdır" deyə, şərh yazıb. Bağırzadə isə buna məhəl qoymadan videonu silməyib.  

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun