“Mən heç bir qohuma bununla bağlı ağız açmadım” – VİDEO

7 İyun 2024 19:15

"Oğlumun evlənməyinə hələ bir qədər də vaxt var. Çünki o hələ balacadır. İşləyib, pul qazanmaq lazımdır. Elə bilirsiniz ki, oğul evləndirmək asan məsələdir?!" 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Rahidə Baxışova "Qonaqcanlı" verilişində deyib. 

Sənətçi bildirib ki, artıq 5 ildir ki, bağ evi tikdirir: 

"2019-cu ildən bağ evimi təmir etməyə başlamışam. Amma onun təmiri hələ də bitməyib. Çünki bu işləri təkbaşına yavaş-yavaş, xırda-xırda edirəm. Əslində, bağ evinin təmiri xırda bir işdir, tez də bitə bilər. Amma təkbaşına etdiyim üçün uzanır. Mən heç bir qohuma, tanışa bununla bağlı ağız açmadım. Bağ evimin həyətində çox sayda tut ağacları var. Artıq tut da yetişib". 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun