Bu 4 qida sizi daha gözəl göstərə bilər

7 İyun 2024 19:21

Yemək vərdişlərinizi dəyişdirərək görünüşünüzü yaxşılaşdıra bilərsiniz. 

Miilli.Az lent.az-a istinadən xəbər verir ki, mütəxəssislər bağırsaqların vəziyyətinə faydalı təsir göstərən, bədəni cavanlaşdıran, gəncliyi və gözəlliyi qorumağa kömək edən dörd məhsulun siyahısını tərtib ediblər.

Dietoloqların sözlərinə görə, kefir pəhrizə daxil edilməlidir. Onun tərkibində bağırsaq funksiyasını optimallaşdıran prebiyotiklər və faydalı bakteriyalar var. Mütəxəssislər, həmçinin, istehlakı sümük sıxlığını artıran və orqanizmin təmizlənməsini sürətləndirən soya yeməyə çağırır.

Prebiyotiklər, lif, dəmir, C, B və K vitaminləri ilə zəngin olan duzlu kələmi də pəhrizinizə daxil etməyə dəyər. Nəhayət, miso şorbası cavanlaşma üçün faydalıdır. Onun tərkibində çoxlu protein, lif, vitamin və minerallar var və xüsusi pastadan hazırlanır. Soya, düyü, arpa, buğda və koji göbələklərinin mayalanması ilə istehsal olunur.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun