Trampın çıxışından sonra 11 nəfər xəstəxanaya yerləşdirildi

7 İyun 2024 16:12

Donald Trampın Nyu-Yorkda cinayət məsuliyyətinə cəlb edilməsindən sonra Arizonada etdiyi ilk çıxışı 11 amerikalı üçün yaxşı qurtarmayıb. İsti hava öz təsirini göstərib, nəticədə eks-prezidentin tərəfdarları istivurma səbəbindən xəstəxanaya yerləşdiriblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Feniks Yanğından Mühafizə İdarəsi məlumat yayıb.

Çıxışı zamanı Tramp zərərçəkmişlərin adlarını çəkməsə də, zarafatla deyib ki, onu görməyə gələn izdihamın böyük qismi içəri daxil ola bilməyib.

Bundan əlavə, keçmiş prezident barəsində qaldırılan ittiham ilə bağlı şərh verməyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun