Ermənistandan Azərbaycana qanunsuz keçmək istəyən Çex Respublikasının vətəndaşı Baça Daniel Vladimirin məhkəmə prosesi başa çatıb.
Milli.Az APA-ya istinadən bildirir ki, Şirvan Apellyasiya Məhkəməsində hakim Elçin Xasməmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən ona 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Qeyd edək ki, Çex Respublikasının vətəndaşı Baça Daniel Vladimir Ermənistan- Azərbaycan dövlət sərhədini qanunsuz keçərkən saxlanılıb və Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi cərçivəsində ona Cinayət Məcəlləsinin 318.1-ci (Azərbaycan Respublikası dövlət sərhədini qanunsuz keçmə) maddəsi ilə ittiham irəli sürülüb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun