Qırğızıstan Azərbaycana yeni səfir təyin etdi

7 İyun 2024 13:47

Qırğızıstanın Azərbaycandakı səfiri dəyişib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Qırğızıstanın "Kabar" Dövlət Agentliyi məlumat yayıb.

Məlumata əsasən, Prezident Sadır Japarovun sərəncamı ilə Maksat Mamıtkanov Qırğızıstanın Azərbaycandakı səfiri təyin edilib.

Qırğızıstan dövlət başçısının digər sərəncamı ilə diplomatik missiyanın keçmiş rəhbəri Kayrat Osmonəliyev tutduğu vəzifədən geri çağırılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun