İrəvan Bakı ilə sülh sazişini bir ay ərzində imzalamağa hazırdır - Ermənistan XİN

7 İyun 2024 13:44

Ermənistan Azərbaycanla sülh sazişi üzərində işi bir ay ərzində başa çatdırmağa və onu imzalamağa hazırdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, iyun 5-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto birgə mətbuat konfransında çıxışında Azərbaycanın sülh sazişinin imzalanması prosesində növbəti addımları atmağa hazır olduğunu vurğulayıb.

"Bir neçə gün əvvəl Ermənistan tərəfindən növbəti saziş layihəsini əldə etdik. Açıq qalan məsələlərin sayında azalma mövcuddur. Azərbaycan sülh gündəliyinə sadiqdir və növbəti addımları atmağa hazırıq", - nazir deyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun