"Qızıl top" mükafatı bu tarixdə veriləcək

7 İyun 2024 13:28

"Qızıl top" mükafatının veriləcəyi tarix müəyyənləşib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə idman jurnalisti Fabrizio Romano şəxsi "Instagram" hesabından paylaşım edib.

Onun sözlərinə görə, 2023/24 mövsümünün ən yaxşı futbolçusu nominasiyası üzrə "Qızıl top" mükafatı oktyabrın 28-də Parisdə öz sahibini tapacaq.

Mükafata namizədlərin siyahısı sentyabrın 4-də açıqlanacaq.

Qeyd edək ki, sonuncu dəfə 2023-cü ildə argentinalı Lionel Messi bu mükafata sahib çıxıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun