“Bakı Sinfonietta” orkestrinin konserti keçirilib - FOTO

7 İyun 2024 12:36

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan musiqisi zalında "Bakı Sinfonietta" orkestrinin konserti keçirilib.

Dirijor Cavad Tağızadənin rəhbərliyi ilə orkestrin və solistlər - Azərbaycan Respublikasının Əməkdar artistləri Xurşid Abdullayeva (klavesin), Nicat Salmanov (fleyta), İlqar Hacıyev (faqot), Yuliya Motorina (violin) və Yaqub Məmmədovun (qoboy) ifasında J.S.Bach, A.Reiсhenauer, A.Şnitke, Z.Marjanişvilinin əsərləri səslənib.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az