Spiker deputatlara irad bildirdi

7 İyun 2024 12:24

"Bunlar çox ciddi qanun layihələridir, ciddi də münasibət tələb olunur".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova 2024-cü il dövlət büdcəsinə və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə dəyişikliyin müzakirəsi zamanı deyib.

Sahibə Qafarova deputatlara irad tutub, onları qanun layihəsinin müzakirəsində diqqətli olmağa çağırıb: "Müzakirələrdə iştirak etmək istəməyənlər artıq zaldan çıxıb. Xahiş edirəm, bir-birinizə qulaq asın".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun