ABŞ Ukraynaya 225 milyon dollar dəyərində yardım göndərə bilər

7 İyun 2024 08:30

ABŞ hakimiyyəti Ukraynaya təxminən 225 milyon dollar məbləğində əlavə hərbi yardım göndərə bilər.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Yeni paketə HIMARS sistemləri üçün sursatlar, "Hawk" hava hücumundan müdafiə raketləri, "Stinger" yer-hava raket kompleksləri, "Javelin" tank əleyhinə raket sistemləri, zirehli maşınlar, qoşqular və patrul katerləri daxil ola bilər.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun