Ukraynadan Rusiyaya böyük zərbə: 55 faiz gəlir...

7 İyun 2024 07:06

Son 2 ayda Ukrayna kəşfiyyatçıları Rusiyanın ixrac gəlirinin 55%-ni təmin edən Rusiyanın neft emalı müəssisələrinə zərbələr endirib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Təhlükəsizlik Xidmətinin (SBU) rəhbərlərindən biri bildirib.

"Son iki ayda Rusiyanın bir çox neft emalı zavodu güclü şəkildə zədələnib, bunun sayəsində biz neft məhsullarının ixracını üçdə bir qədər azaltdıq ki, bu da düşmənin hərbi gəlirlərinin 55%-ni təşkil edir. Bu, neft məhsullarının ixracından daxil olan valyuta gəlirləridir", - SBU rəsmisi vurğulayıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun