Meksikadakı seçkilərdə qələbəsi təsdiqləndi

7 İyun 2024 06:38

Meksikada keçirilən seçkilərdə Klaudiya Şeynbaumun qələbəsi təsdiqlənib - respublikanın mərkəzi seçki komissiyası prezident seçkilərində səslərin hesablanmasını başa çatdırıb.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

"Əminəm ki, bu nəticə Meksika xalqı tərəfindən düzgün yolda olduğumuzun etirafıdır və dördüncü transformasiyada irəliləməyə davam edəcəyimizə inamdır. Biz həmişə dialoqa, azadlıqların möhkəmləndirilməsinə, demokratiyaya və təbii ki, Meksika xalqına yaxın olmuşuq və açıq olacağıq", - deyə seçilmiş prezident Şeynbaum bildirib.

O, 59,75% seçici dəstəyi və ya 35,92 milyon səs toplayıb. Şeynbaumun nəticəsi 2018-ci il seçkilərində 30,11 milyon səs toplayan sələfi, hazırkı prezident Andres Manuel Lopez Obradoru üstələyib.

Qeyd edək ki, andiçmə mərasimi seçkilərdən dörd ay sonra, parlament seçkilərinin də başa çatacağı oktyabrın 1-də baş tutacaq.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun