Kamerunun keçmiş baş naziri BMT BA-nın 79-cu sessiyasının prezidenti seçilib - FOTOlar

7 İyun 2024 01:12

BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında iyunun 6-da baş tutmuş BMT Baş Assambleyasına prezident seçkilərinin səsverməsi nəticəsində bu qurumun sentyabrda başlayacaq 79-cu sessiyasına Kamerundan olan Filemon Yanq prezidentlik edəcək.

Milli.Az report.az-a istinadən xəbər verir ki, BMT-nin Baş katibi Antoniu Quterriş Yanqı təbrik edib və qeyd edib ki, Baş Assambleyanın hazırkı prezidenti, əslən Trinidad və Tobaqodan olan Dennis Frensis "Asambleyanın işinə misilsiz diplomatik bacarıqla rəhbərlik edib".

"O, bu Assambleyanın diqqətinə inkişaf etməkdə olan kiçik ada dövlətlərinin ehtiyaclarını və daha çox şeyləri çatdırıb. Baş katib bildirib ki, o, BMT dövlətlərini prezidentliyinin mövzusunu əsaslandıran bir sıra məsələlər - "Sülh, Rifah, Tərəqqi və Davamlılıq" ətrafında birləşdirib", - Quterriş bildirib.

Kamerunun keçmiş baş naziri olan F.Yanq onun namizədlər arasında seçilməsinə nail olan Afrika dövlətlərinin təmsilçilərinə təşəkkür edib. O, Assambleyadakı səlahiyyət müddəti ərzində beynəlxalq ictimaiyyətə təvazökarlıqla və vicdanla xidmət edəcəyini vurğulayıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun