Bakı-Quba yolunda ölümlə nəticələnən yol qəzası baş verib

6 İyun 2024 22:50

Bakı-Quba yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki,  1983-cü il təvəllüdlü Elşən Əzizov yolu keçərkən onu yanacaq daşıyan avtomobil vurub.

Nəticədə E.Əzizov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun