Aİ Gürcüstanla vizasız rejimi ləğv edəcək?

6 İyun 2024 19:45

Avropa İttifaqı "xarici təsir" qanunun qəbul edilməsinə cavab olaraq Gürcüstanla vizasız rejimin ləğvini nəzərdən keçirəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinski bildirib.

"Biz vizasız rejimin dayandırılması da daxil olmaqla bütün seçimləri nəzərdən keçirəcəyik, lakin mənim fikrimcə bu baş verməməlidir, Gürcüstan vətəndaşları cəzalandırılmamalıdır", - səfir deyib.

Diplomat Aİ xarici işlər nazirlərinin iyunun 24-də Lüksemburqda görüşərək qərarı müzakirə edəcəyini bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun