Premyer Liqada VAR qərarı

6 İyun 2024 18:52

İngiltərə Premyer Liqasında VAR-ın tətbiqi ləğv olunmayacaq.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bu barədə qərar bu gün keçirilən toplantıda verilib.

Premyer Liqa klubları VAR-la bağlı məsələni səsverməyə çıxarıb. 20 komandadan 19-u texnologiyadan istifadəyə davam etdirilməsini istəyib.

Qeyd edək ki, VAR-ın ləğvini istəyən yeganə klub "Vulverhempton" olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun