İtlər musiqiyə necə reaksiya verir?

6 İyun 2024 20:00

Alimlər itlərin musiqiyə necə reaksiya verdiyini kəşf ediblər. Son vaxtlara qədər musiqinin itləri qıcıqlandırdığı və buna görə də ulamaya başladığı qəbul edilirdi. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, ancaq araşdırmalar bunun yanlış olduğunu göstərib.  

Araşdırmaya görə, itlər bu zaman qıcıqlanmır, əksinə eşitdikləri musiqiləri bəyənirlər. Məlumata görə, əgər sahibi musiqini açan kimi it ulamağa başlayırsa, deməli o sahibi ilə eyni zövqə malikdir. 

Alimlər qeyd edirlər ki, itlər insan qulağına əlçatmaz olan səsləri eşidə bilirlər. Bir itin eşitməsi xüsusilə tonallığa və hətta daha çox səsə həssasdır.

Ancaq it ulayırsa, onu oxumaq kimi qəbul etmək lazımdır. Belə hallarda narahat olmayın. Bu zaman it özünü rahat, sakit hiss edir və melodiyanı açıq şəkildə bəyənir.

Yox, əgər it başqa bir otaqda gizlənməyə çalışırsa, onda narahatlıq hiss edirsinizsə, və ya qəribə şəkildə ağlayırsa, çox güman ki, səs onun üçün xoşagəlməzdir. Ya da musiqi çox yüksək səslə açılıb və bu, itdə stress yaradır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun