Terrorçu lider İranda asıldı

24 May 2010 17:21
"Reuters"in məlumatına görə, edam bu gün səhər baş tutub. O, ötən il məsciddə törədilmiş terror aksiyası nəticəsində həlak olmuş insanların qohumlarının gözü qarşısında asılıb. Qeyd edək ki, həmin terror aktının təşkilində məhz Abdulmalik Riqi günahlandırılırdı.

Xatırladaq ki, Riqini ötən il İrana Pakistan tərəfi təhvil verib. Elə o vaxt terrorçunun edamına qərar verilsə də, sonradan ondan daha çox informasiya alınması məqsədilə bu, təxirə salınmışdı.

"Press TV" isə xəbər verir ki, Riqi ifadəsində Amerika xüsusi xidmət orqanlarına işlədiyini etiraf edib.

Milli.Az