Gürcüstanda yenə zəlzələ oldu

6 İyun 2024 12:06

Gürcüstanın qərbində yenidən zəlzələ baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 3,8 maqnitudalı yeraltı təkanlar yerli vaxtla 08:06-da qeydə alınıb. 

Zəlzələnin episentri Oni şəhərinin yaxınlığında Çxmori kəndindən 2 kilometr məsafədə yerləşib. 

Dağıntı və tələfat barədə məlumat verilməyib. 

Xatırladaq ki, iyunun 4-də Oni şəhəri yaxınlığında 2022-ci ilin mayından bu yana 5,3 maqnitudalı ən güclü zəlzələ baş verib. Nəticədə bir neçə evdə çatlar əmələ gəlib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun