Batumidə İŞİD-ə qarşı əməliyyat - 2 nəfər saxlanıldı

6 İyun 2024 11:18

Gürcüstan Dövlət Təhlükəsizlik Xİdməti (DTX) Batumidə İŞİD terror qruplaşmasına qarşı əməliyyat keçirib.

Milli.Az APA-ya istinadən bildirir ki, məlumatı Gürcüstan DTX yayıb.

Bildirilib ki, iki ayrı məkana eyni vaxtda həyata keçirilmiş basqın nəticəsində odlu silahlar, əl qumbaraları, terror qruplaşmasının simvolları və digər dəlillər ələ keçirilib.

Əməliyyat-istintaq tədbirləri nəticəsində iki Gürcüstan vətəndaşı saxlanılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun