"Harri Potter"in qətlə yetirilən aktyoruna abidə ucaldılacaq

9 İyun 2024 19:00

Londonda "Harri Potter" filmindəki "Markus Belbi" obrazı ilə tanınan mərhum aktyor Rob Noksun abidəsi ucaldılacaq. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, abidə şəhərin cənub-şərqində iyunun 8-də qoyulacaq.

Anım tədbirində sənətçinin ailəsi, dostları və həmkarları iştirak edəcək.

Qeyd edək ki, Rob Noks 2008-ci ilin mayında küçədə qətlə yetirilib. 18 yaşlı aktyor kiçik qardaşını iki mətbəx bıçağı ilə hədələyən şəxsdən qorumağa çalışarkən öldürülüb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun