Çexiyada qatarlar toqquşdu - Ölən və yaralananlar var

6 İyun 2024 06:40

Çexiyanın mərkəzi hissəsində yerləşən Pardubitse şəhərində sərnişin qatarı ilə yük qatarı toqquşub.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə iDNES xəbər portalı fövqəladə hallar xidmətinə istinadən məlumat yayıb.

Ətraflı

Bildirilib ki, hadisə nəticəsində azı 4 nəfər ölüb, onlarla insan yaralanıb.

Bəzi zərərçəkənlərin vəziyyətinin ağır olduğu deyilir.

Hazırda hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir, əraziyə 36 yanğınsöndürmə briqadası və 1 helikopter cəlb olunub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun