Rusiya nüvə silahı daşıya bilən döyüş təyyarələrinin havaya qalxacağı NATO hava bazalarını məhv edə bilər.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Pentaqonun keçmiş müşaviri polkovnik Duqlas Makqreqor Qərb qoşunlarının Ukraynaya göndəriləcəyi halda yaranacaq vəziyyəti şərh edərkən deyib.
"Ruslar bizə xəbərdarlıq etdilər: "Əgər ərazimizə hücum etsəniz, cavab vermək hüququmuz var". Konkret olaraq, biz F-15-ə çox güvənirik. Bu, əla maşındır, böyük bombardmançıdır və ruslar onun nüvə silahı daşıya biləcəyini bilirlər. Ukraynadakı qoşunlarımızı dəstəkləmək üçün çoxlu sayda təyyarədən istifadə etməli olacağıq. Əgər ruslar bu F-15-lərin onlara doğru uçduğunu görsələr, yəqin ki, bütün aerodromlarımızı vurmalı olacaqlar", - o bildirib.
Makqreqorun fikrincə, ABŞ-ın təcavüzü halında Rusiya ABŞ Hərbi Hava Qüvvələrinin Avropadakı aviabazalarını taktiki nüvə başlıqları ilə məhv etməyə məcbur olacaq.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun