Ermənistan daha bir ölkə ilə hərbi əməkdaşlığı genişləndirir

5 İyun 2024 22:15

Ermənistanın müdafiə naziri Suren Papikyan Sofiyda bolqarıstanlı həmkarı Atanas Zapryanovla görüşüb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, görüşdə nazirlər hərbi-texniki sahədə əməkdaşlıq imkanlarından danışıb, NATO və digər çoxtərəfli platformalar çərçivəsində qarşılıqlı fəaliyyətin inkişaf perspektivləri barədə müzakirə aparıblar.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun