Nizami metrosu yaxınlığında AĞIR QƏZA: Ölən var - FOTO

5 İyun 2024 16:17

Paytaxtda ağır yol qəzası baş verib.

Milli.Az Sfera.az-a istinadən xəbər verir ki, hadisə günorta saatlarında Nizami metrosu yaxınlığında, C.Cabbarlı küçəsində qeydə alınıb. 

Belə ki, motosikleti idarə edən sürücü yolu keçmək istəyən piyadanı vurub. Nəticədə, 45-50 yaşlı qadın hadisə yerində keçinib.

Faktla bağlı araşdırma başlanılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun