65 yaşlı Ançelotti xanımı ilə "dodaq-dodağa" - VİDEO

5 İyun 2024 13:34

Xəbər verdiyimiz kimi, Çempionlar liqasının 2023-2024 mövsümünün qalibi İspaniyanın "REAL MADRİD" komandası olub.

Milli.Az xəbər verir ki, final matçının baş tutduğu arenada oyun sonrası maraqlı görüntülər diqqət çəkib.

Belə ki, Kral klubunun baş məşqçisi Karlo Ançelotti Almaniyanın "Borussiya Dortmund" komandası üzərində qələbə sevincini xanımı Mariann Barrena ilə bölüşüb.

Onların zəfəri dodaq-dodağa öpüşərək qeyd etməsi isə arenaya toplaşan azarkeşləri coşdurub. 

Sözügedən görüntüləri təqdim edirik:

Hüseyn 
Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun