Bu dəfə qardaşı oğlu nazir oldu

5 İyun 2024 10:55

Çeçenistan rəhbəri Ramzan Kadırovun qardaşı oğlu Adam Çerxiqov ölkənin nəqliyyat, rabitə və rəqəmsal inkişaf naziri postunu alıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, respublika başçısı təyinat barədə teleqram kanalında məlumat verib.

2007-ci ildən bu vəzifəni Adam Çerxiqovun atası Ramzan Çerxiqov tuturdu və oğlu Çeçenistan hökumətinin məktəbəqədər təhsil komitəsinə rəhbərlik edirdi. 

Qeyd edək ki, ötən ay Çeçenistan rəhbərinin oğlu Axmat Kadırov vilayətin bədən tərbiyəsi və idman naziri vəzifəsinə təyin edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun