Mbappenin "Real"dakı maaşı məlum oldu

5 İyun 2024 10:21

"Real Madrid"in yeni transfer etdiyi hücumçu Kilian Mbappenin maaşı illik 30 milyon avro olacaq və vurulan qollara görə bonuslar olacaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, fransalı futbolçu 50 milyon avro məbləğində imza bonusu əldə edəcək.

Həmçinin, onun müqaviləsində 1 milyard avroluq təzminat məbləği də əks olunub. Hücumçunu vaxtından əvvəl almaq istəyənlər bu məbləği ödəməli olacaqlar.

Mbappenin, həmçinin imic hüquqlarının 70 %-nə sahib olacağı vurğulanır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun