“ABŞ Gürcüstandakı aksiyalarda iştirak etmir”

5 İyun 2024 10:36

ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib ki, ABŞ Gürcüstanda "Xarici agentlər" haqqında qanunun qəbulu fonunda keçirilən etiraz aksiyalarında iştirak etmir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Millerin sözlərinə görə, Gürcüstanda keçirilən etiraz aksiyaları ABŞ-nin heç bir ortaqlığı olmayan gürcü xalqının öz iradəsinin ifadəsidir.

Qeyd edək ki, mayın 14-də Gürcüstan parlamenti "Xarici təsirin şəffaflığı haqqında" qanunu üçüncü oxunuşda qəbul edib. Hakimiyyətin qərarı paytaxtda kütləvi etirazlara səbəb olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun