Ədliyyə naziri Fərid Əhmədova yeni müavin təyin edilib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə müvafiq sərəncam imzalanıb.
Yeni nazir müavini Ali Məhkəmənin hakimi Abiddin Hüseynov olub. Təyinatla bağlı Məhkəmə-Hüquq Şurası onun hakimlik fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul edib.
O, ötən il Azərbaycan Prezidentinin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun