Almaniya Rusiya ilə bağlı sensasion qərara hazırlaşır

5 İyun 2024 09:05

Ukrayna öz xalqının həyatını qorumaq üçün Rusiyanın hücumlarının qarşısını almalıdır və qadağa yalnız daha çox ukraynalının ölümünə səbəb olacaq.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Almaniyanın vitse-kansler Robert Habek kansler Olaf Şoltsdan Rusiya ərazisinə Qərb silahları ilə zərbə endirilməsinə icazə verilməsini tələb edərkən bildirib.

O qeyd edib ki, gec qərar verilməsində Şoltsu günahlandırmaq olmaz:

"Bu yanlış sözdür. Qəbul edilməli olan son dərəcə çətin qərarlar var və buna görə də hər şeyi diqqətlə ölçmək yaxşıdır. Belə olan halda düzgün qərar verilir".

Bildirilir ki, iyunun 6-da Almaniya kansleri Bundestaqda mövcud təhlükəsizlik vəziyyəti ilə bağlı hökumət bəyanatı verməyi planlaşdırır.

Qeyd edək ki, Almaniya Ukraynaya tədarük etdiyi silahlarla Rusiya ərazisinə zərbə endirməyin qatı əleyhdarı kimi çıxış edir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun