Mourinyo "Fənərbağça"da nə qədər qazanacaq?

5 İyun 2024 07:40

Türkiyənin "Fənərbağça" futbol klubunun baş məşqçisi Joze Mourinyo iki il ərzində 22 milyon dollara yaxın qazanc əldə edəcək.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Fanatik" məlumat yayıb.

Məlumata görə, 2+1 müqaviləsinə əsasən, Mourinyo bonuslar nəzərə alınmadan ildə 10,8 milyon dollar, köməkçiləri isə 2,16 milyon dollardan çox qazanacaq.

Qeyd edək ki, Mourinyo baş məşqçi kimi 2022-ci ildən komandaya rəhbərlik edən türkiyəli mütəxəssis İsmayıl Qartalı əvəzləyib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun