Sloveniya parlamentindən Fələstinlə bağlı mühüm qərar

5 İyun 2024 01:29

Sloveniya Dövlət Assambleyasının (parlamentin aşağı palatası) deputatları Fələstinin müstəqil dövlət kimi tanınmasının lehinə səs veriblər.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Sloveniya Dövlət Assambleyasının sədri Urşka Klakoçar-Zupançiç deyib.

Qeyd edək ki, Sloveniya hökuməti Fələstini müstəqil dövlət kimi tanınması üçün Assambleyaya təklif irəli sürmüşdü.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun