Bayden bu şəxslərə sığınacaq verilməsinə qadağa qoyur

4 İyun 2024 22:15

ABŞ Prezidenti Co Bayden ölkənin cənub sərhədini qanunsuz keçən qeyri-qanuni miqrantlara sığınacaq verilməsinə müvəqqəti qadağa qoyur.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Bildirilib ki, bu addımlar ölkədə qalmaq üçün heç bir hüquqi əsası olmayan qeyri-qanuni mühacirlərin ölkədən çıxarılmasını asanlaşdıracaq.

Tədbirlər miqrant axını lazımi səviyyəyə enənə qədər davam edəcək.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun