Ərdoğan: “Akkuyu” AES-in birinci enerji blokunun tikintisi 90% tamamlanıb”

4 İyun 2024 21:00

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Akkuyu" Atom Elektrik Stansiyasının birinci enerji blokunun tikintisinin 90% tamamlandığını bildirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, dövlət başçısı bunu Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib.

"Hazırda birinci enerji blokunun tikintisinin 90% yekunlaşıb", - ölkə lideri qeyd edib.

Onun sözlərinə görə, artıq mütəxəssislər enerji blokunun reaktorunun mexaniki sınaqlarına başlayıblar.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun