Türkiyə BRICS-ə üzv olmaq istəyir

4 İyun 2024 18:23

"Türkiyə BRICS təşkilatına qoşulmaq niyyətindədir".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Çində səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan açıqlayıb. 

Onun sözlərinə görə, bu məsələ təşkilata üzv ölkələrin nazirlərinin Nijni Novqorodda keçiriləcək görüşündə müzakirə ediləcək: "Əlbəttə, biz BRICS-ə üzv olmaq istərdik. Görək, bu il nəyə nail ola biləcəyik".

Qeyd edək ki, BRICS-ə Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, İran, Misir, Efiopiya və Birləşmiş Ərəb Əmirlikləri daxildir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun