Ədliyyə Nazirliyinin işçilərinin sayı artırıldı

4 İyun 2024 16:06

Ədliyyə Nazirliyinin işçilərinin sayı artırılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu Prezident İlham Əliyevin iyunun 4-dı imzaladığı "Ədliyyə orqanlarının inkişafı haqqında" fərmana dəyişiklik etməsi ilə mümkün olub.

Fərmana əsasən, Ədliyyə Nazirliyinin Aparat işçilərinin sayı 455-ə çatdırılıb.

Qeyd edək ki, bundan əvvəl ştat vahidi 420 idi.

Milli.Az