Mişel və Leyen arasında savaş gedir

4 İyun 2024 14:11

Avropa Şurasının sədri Şarl Mişelin Ursula fon der Leyenin ikinci müddətə Avropa Komissiyasının rəhbəri vəzifəsinə seçilməsinə mane olmağa çalışdığı iddia edilir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Politiko" məlumat yayıb.

Qeyd olunur ki, pərdə arxasında AB-nin iki yüksək səviyyəli rəsmisi arasında güc savaşı ləğv edilmiş şam yeməyi və strateji baxımdan protokoldan kənar bəyanatlar əsasında baş verir:

"Mişel hazırda AB-nin xarici siyasət departamentinin rəhbəri vəzifəsi uğrunda yaxşı münasibətdə olduğu Borrelli əvəzləmək üçün mübarizə aparır".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun