Ermənistan Təbrizdə baş konsulluq açmaq istəyir

4 İyun 2024 14:42

İndiyədək Ermənistanın Təbriz şəhərində baş konsulluq açmasına qərar verilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

Onun sözlərinə görə, Ermənistan ilin sonunadək 4 ölkədə diplomatik nümayəndəliyi yerləşdirmək niyyətindədir.
Mirzoyan qeyd edib ki, Təbrizdən əlavə Kiprdə, Serbiyada da konsulluq açılacaq. Hazırda bununla əlaqədar işlər görülməkdədir.

Ermənistan xarici işlər naziri eyni zamanda Macarıstanla ikitərəfli qaydada səfirliklərin fəaliyyətə başlamasının qərar alındığını deyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun