Kanlaon vulkanı oyandı: 5 min metr hündürlüyə püskürdü

4 İyun 2024 14:07

Filippin Vulkanologiya və Seysmologiya İnstitutu Kanlaon vulkanının püskürdüyünü açıqlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, püskürmə təxminən altı dəqiqə davam edib və beş min metr hündürlüyə kül yayılıb.

Püskürmə ilə əlaqədar Filippində ikinci səviyyəli təhlükə elan edilib. Bu o deməkdir ki, vulkanda əlavə partlayışlar ola bilər.

Vulkanologiya və Seysmologiya İnstitutu xəbərdarlıq edib:

"Mülki aviasiya orqanları pilotlara vulkanın zirvəsi yaxınlığında uçmaqdan çəkinməyi tövsiyə etməlidir, çünki hər hansı bir qəfil püskürmə nəticəsində yaranan emissiyalar hətta təyyarələr üçün də təhlükəli ola bilər".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun